Filippində güclü zəlzələ olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti (USGS) məlumat açıqlayıb.
Açıqlamaya görə, zəlzələnin episentri Luzon adasındakı Union şəhərinin cənub-qərbinə təsadüf edib.
Təxminən 69 kilometr dərinlikdə qeydə alınan 6,1 bal gücündə zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib: "Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib".
Xatırladaq ki, Filippin seysmik aktivliyə ən çox meylli ölkələrdən sayılır.
Tahir Şəlvəli
MİA.AZ