İspaniyada həkimlər etiraz aksiyasına başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb ölkənin Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış yeni əmək qaydalarıdır.
Məlumata görə, Səhiyyə Nazirliyi təxminən 20 ildir sektorda qüvvədə olan iş şəraitində qaydalarla bağlı dəyişiklikləri təsdiqləyib: "Bundan sonra ölkənin 16 səhiyyə təşkilatında cəmləşən həkimlər ikigünlü passiv etiraza qərar veriblər. Onlar bu müddətdə işə çıxamyacaqlar. Həkimlər deyir ki, yeni qaydada növbətçi saatlar ağıraşıb, maaşlar qısıtlanır , iş saatları uzadılır, vaxtından əvvəl təqaüd hüquqları isə aradan götürülür".
Səhiyyə üzrə Həmkarlar İttifaqı hıkimlərin etirazını dəstəkləyib.
Maraqlıdır, Azərbaycanda həkimlər belə etiraz etsə, Həmkarlar ttifaqı necə davranar?
Təbii ki, AHİK sədri Sahib Məmmədova bu, lazım deyil. Necə ki, ötən həftə stomatoloqlar TƏBİB-in qarşısına toplanıb, iş yerlərinin ixtisarından gileylənəndə, cəmiyyət buna əyani şahidlik etdi...
Samir Musayev
MİA.AZ