Azərbaycan Yazıçılar Birliyinə (AYB) illik üzvlük haqqı cəmi 15 manatdır. Başa düşürəm, kiminsə imkanı olmaya bilər. Bizdə şəhid ailələri, qazilər və müharibə iştirakçıları ümumiyyətlə pul vermirlər. Digər tərəfdən isə biz bu cəmiyyəti dolandırmalı, onlara kömək etməliyik. Kağız almalıyıq, xeyli xərclərimiz var”.

Mia.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayev bildirib. 

O deyib ki, bu məbləğ ayda cəmi 1 manat edir: “Bu, həmişə belə olub, son 20 ildə də eyni qayda tətbiq edilib. İndi də elan etmişik ki, üzvlük haqqı verilməlidir. Burada nə baş verdiyini başa düşmürəm. Kimin imkanı yoxdursa, gəlib desin, biz də köməklik edək. Amma bu məsələ mediada problemə çevrilib, şişirdilib. Yalandan yazılır ki, narazılıq var. Kim narazıdır?  Gəlsinlər, desinlər, nəyə görə narazıdırlar. Bu cür yanaşma düzgün deyil, məsələ sensasiyaya çevrilib. Onda gərək belə edim ki, kim mənə zəng edirsə, deyim sabahdan 50 qəpikdir. Mən utanıram. Mən utanıram ki, mənə zəng vurub soruşurlar ki, niyə pul yığılır. Biz pul yığmırıq, sadəcə vəsait toplayırıq ki, kitablar hazırlayaq, kağız alaq, tədbirlər keçirək”.

Xatırladaq ki, AYB qurumda təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını tərtib edib. Həmin şəxslərə fevralın 1-dək vaxt verilib. Əgər onlar üzvlük haqqı borclarını ödəməsələr AYB-dən xaric ediləcəklər.

Quruma üzvlük haqqı illik 15 manatdır.