Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz ölkələri ABŞ prezidenti Donald Tramp administrasiyasını İrana mümkün hücumuna qarşı çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Körfəz ölkələrinin liderləri Donald Tramp administrasiyasını İrana hücumun daha ağır nəticələr törədəcəyinə inandırmağa çalışırlar.
ABŞ-dakı "Wall Street Journal" (WSJ) qəzetininn İddiasına görə, Səudiyyə Ərəbistanı isə İranla potensial münaqişəyə qarışmayacağına və ABŞ-ın hava məkanından hücumlar üçün istifadə etməsinə icazə verməyəcəyini açıq dillə ifadə edib: "Bu ölkə hətta İran yetkililərinə bu barədə dipoamtik kanallar vasitəsiylə vəd verib"
Xəbərdə iddia olunur ki, Səudiyyə Ərəbistanı, Oman və Qətər İrana potensial hücumun neft bazarlarını qeyri-sabitləşdirəcəyinə və bunun da ABŞ iqtisadiyyatına zərər verəcəyinə dair xəbərdarlıq edirlər.
Xatırladaq ki, Tramp İrana qarşı hücumla bağlı qərar verməyib. Lakin o, aksiyaçılara müraciətində onlara dəstək ümidi verib: "Dayanmayın, kömək yoldadır".
Ağ Ev rəsmilərinə görə, Tramp hələ İrana qarşı atılacaq addımlarla bağlı yekun qərar verməyib. Bildirilib ki, Tramp öz hərəkət istiqamətini müəyyən etmək və mümkün variantları qiymətləndirmək üçün müşavirləri ilə tez-tez məsləhətlşir.
Onu da bildrək ki, son məlumata görə, İrandakı nümayişlərdə ölənlərin sayı 2550-yə çatıb.
Tahir Şəlvəli
MİA.AZ