ABŞ, İsrail və İran arasındakı müharibənin 13-cü gününə ABŞ Prezidenti Donald Tramp İranda açıq şəkildə istədiyi adamın lider kürsüsünə oturmasının vacibliyini önə çəkib. O bildirib ki, əks halda dayanmayacaqlar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ lideri Merilenddəki Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Tramp İranda savaşın nə vaxt dayanacağı barədə suala belə cavab verib: "Nə vaxt dayanacağıq? Biz İrandan qaynaqlanan problemlərin təkrar böyüməsinə imkan vermək istəmirik. Konkret olaraq biz İranda nə etdiyini bilən birini lider postunda görmək istərdik. Başqa sözlə, ölkəni yenidən qura bilən biri. Başqa bir şey də var. Tehranın bəzi yerlərinə də çox aır zərbələr endirə bilərik. Əgər bunu etsək, onların ölkələrini yenidən qurması demək olar ki, mümkünsüz olacaq. Amma biz bunu etmək istəmirik. Lakin onların elektrik infrastrukturuna zərbə endirə bilərik. İranın elektrik tutumunu bir saata məhv edə bilərik və onu yenidən qurmaq üçün onlara ən azı 25 il  vaxt lazım olacaq. Ancaq biz bunu etmə istəmirik"

Tramp bildirib ki, İranla müharibə indiyə qədər görülməmiş ən yaxşı şəkildə aparılır: "Digər ölkələr də bunu deyir. Böyük ölkələr, güclü ölkələr əvvəllər heç vaxt belə bir şey görmədiklərini deyiblər. Onlar mənim etdiyimlə razıdırlar. Deyirlər ki, İran çox pis və şər ölkədir."

ABŞ-ın daxilində neçə İranla əlaqəli casus hücrələri barədə suala cavab verən Tramp bunu təsdiqləyib: "Bəli, belə siqnal almışıq. Baydenin açıq sərhəd siyasəti səbəbindən ABŞ-a çoxlu insan gəlib. Amma biz onların əksəriyyətinin harada olduğunu bilirik. Düşünürəm ki, hamısını gözdən qaçırmırıq. Onlar göz həbsindədir. İran rejimi artıq demək olar ki, yolun sonuna çatıblar. Amma bu, "biz bunu dərhal bitirəcəyik" demək deyil. İndi onların nə donanması, nə hava qüvvələri, nə zenit topları, nə də heç bir idarəetmə sistemləri yoxdur. Və biz İran üzərindən uçmaqda tamamilə sərbəstik. İrandakı içimizi bitirənə qədər oradan ayrılmayacağıq və bu, çox tez baş verəcək. Biz işi lazımi qaydada başa çatdırmalıyıq. Hər iki ildən bir İrana geri qayıtmaq istəmirik. Onların 58 gəmisini məhv etdik. Onların mina yerləşdirmə qurğuları var idi, biz də onları da məhv etdik. İranın güclü ordusu vardı. Ancaq Amerika ordusu Tehranın gözlədiyindən daha sərt hücumlar başlatdı".

Tramp İranla müharibə səbəbindən artan benzin qiymətlərinin də tezliklə düşəcək.

Samir MUSAYEV

Mia.az