İranda artıq 17 gün davam edən etirazlarda ölənlərin sayının 2550-yə çatmasına aqressiv münasibət bildirən ABŞ prezidenti Trampın çox sərt tədbirlər görüləcəyi barədə xəbərdarlığına rəsmi Pekindən etiraz gecikməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranla böyük ticarət əlaqələri olan Çin ABŞ-ın bölgəyə müdaxiləsini birmənalı rədd edir.

ÇİN XİN-dən bildirilib ki, ABŞ-ın İrana hərbi müdaxiləsi qətiyyən qəbuledilməzdir: "Çin İranın daxili işlərinə xarici müdaxiləyə qarşıdır və əsla bunu dəstəkləyə bilməz. Bu, beynəlxalq münasibətlərdə güc və ya təhdid tətbiqinə əlavə stimul verməkdən başqa bir şey deyil. Belə müdaxilə vəziyyəti çıxılmaz yola çəkəcək"

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ-ı belə müdaxilə ehtimalından çəkinməyə çağırıb.

Samir Musayev

MİA.AZ