İranda aksiyalarda ölənlərin sayı artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) son məlumatı yayıb.

ABŞ-da yerləşən HRANA-nın veb saytında dərc olunan statistik məlumata əsasən, 16 gündür 31 şəhərdə davam edən nümayişlərdə  9-u azyaşlı olmaqla 505 etirazçı, 133 təhlükəsizlik qüvvələrinin üzvü və 1 prokuror həyatını itirib. Bundan əlavə, etirazlar aksiyalarını izləyən və neytral statuslu 7 nəfər də ölüb: "Beləliklə, nümayişlərdə ölənlərin ümumi sayı 646 nəfər çatıb, 10.721 nəfər isə saxlanılıb".

Norveçdə yerləşən İran İnsan Hüquqları Təşkilatı (İHR) isə 648 etirazçının nümayişlərdə həyatını itirdiyini yazıb.

Tahir Şəlvəli

MİA.AZ