Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Manisa, İzmir, Bursa, Kahramanmaraş, Van və Hatayda keçirilən əməliyyatla 7 qruplaşma üzvü qandallanıb.

Məlumatda deyilir ki, saxlanılan Əbdülkadir S., Yunus Ç., Tacettin Ç., Emrah E., Nuh B., Natiq Əhməd S. və Mustafa D-nin ev və iş yerlərində axtarışlar aparılıb, maddi sübutlar götürülüb: "İstintaq gedir".

Tahir Şəlvəli

MİA.AZ