Danimarka və Qrenlandiya xarici işlər nazirləri (XİN) Lars Lekke Rasmussen və Vivian Motsfeldt ABŞ dövlət katibi Marko Rubio ilə Vaşinqtonda danışıqlar aparacaqlar.
Bu barədə Danimarka KİV-lərinə istinadən xəbər verir.
Görüşün yanvarın 14-nə ABŞ Dövlət Departamentinin binasında keçirilməsi planlaşdırılır.
Danimarka və Qrenlandiya hökumətləri ötən həftə Dövlət Departamentinə "ABŞ-nin Qrenlandiya ilə bağlı mühüm bəyanatlarını" müzakirə etmək üçün dövlət katibi Marko Rubio ilə "yaxın gələcəkdə" görüş təşkil etmək xahişi ilə müraciət ediblər.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, Birləşmiş Ştatlar müdafiə məqsədləri üçün Qrenlandiya üzərində nəzarətə ehtiyac duyur.