Türkiyədə 16 şəhərdə FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Onun sözlərinə görə, İstanbul, Ankara, Diyarbəkir, Balıkəsir, Bilecik, Bursa, Ərzincan, Hatay, İzmir, Kayseri, Kütahya, Manisa, Muğla, Sivas, Şanlıurfa və Rizedə baş tutan əməliyyatla ümumilikdə 81 nəfər saxlanılıb.
Nazir bildirib ki, əməliyyat tədbirlərilə saxlanılanların "təşkilat"ın gizli rabitə proqramı ByLock-un istifadəçiləri olduqları da müəyyə olunub: "Axtarışla dəlillər götürülüb. İstintaq davam edir"
Zülfiyyə
MİA.AZ