Kuba Prezidenti Migel Diaz-Kanel ABŞ Prezidenti Donald Trampın təhdidlərini cavablandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonla "razılaşmaq çağırışı"na cavab olaraq, heç kimin onlarla diktə üslübu ilə davrana bilməyəcəyini deyib.

Kiba lideri bildirib ki, ölkəsi heç vaxt təcavüzkar dövlət olmayıb: "Lakin biz 66 ildir ABŞ təcavüzünə məruz qalırıq. Kuba azad, müstəqil və suveren bir ölkədir. Heç kim bizə nə etməli olduğumuzu diktə edə bilməz. Kuba xalqıvətənlərini son damla qanına qədər müdafiə etməyə hazırdır. Heç kim Kuba və onun xalqını təhdid edə bilməz"

Xatırladaq ki, Tramp Kubanın illərdir Venesuelanın neft və pul hesabına yaşadığını iddia edərək, ölkənin artıq çökmək üzrə olduğunu deyib.

Firudin Səfərli

MİA.AZ