Aralarında atəşkəs sazişi olmasına baxmayaraq, İsrail ordusu Livana zərbə endirməyə davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu bir saar ərzində Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçriib.

Livanın NNA rəsmi xəbər agentliyinin məlumatına görə, İsrail  döyüş təyyarələrinin Tuffah şəhərinin şimal hissəsində yerləşən Əl-Bureyc və Cəzin bölgələrini bombalayıb, Sidon yaxınlığındakı Təbnəyə atılan raket isə partlamayıb.

Hücumlarda ölən və ya yaralanan haqda informasiya veirlməyib.

İsrail ordusu isə "Hizbullah"ın silah saxlama üçün istifadə etdiyi tunellərin vurulduğunu açıqlayıb.

Tahir Şəlvəli

MİA.AZ