ABŞ-ın beş ştatı Donald Tramp administrasiyasını məhkəməyə verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb aztəminatlı uşaqlar və azailələr üçün sosial təminat fondlarının dondurulması qərarı olub.
"ABC News"-un məlumatına görə, Kaliforniya, Kolorado, Minnesota, İllinoys və Nyu-Yorkun baş prokurorları Tramp administrasiyasının bu qərarının ləğvi üçün məhkəməyə üz tutublar. Onlar qərarın "konstitusiyaya zidd səlahiyyət sui-istifadə" olduğunu bildiriblər.
Hüseyn Namazov
MİA.AZ