Hondurasda tanınmış siyasətçi, deputat Qladis Aurora Lopezin üzərinə əldəqayırma bomba atılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə parlament (Milli Konqres) binasında baş verib.
Məlumata görə, partlayıcı deputatın kürəyinə dəydikdən sonra partlayıb: "Deputat xəsarət alıb . Lakin xəsarətləri həyati təhlükə yaratmır".
"Associated Press" yazıb ki, hadisəni törədən iki nəfər olub: "Onların axtarışı davam edir"
Samir MUSAYEV
MİA.AZ

