"Biz oğurlanmış Prezident Nikolas Maduroya sədaqətli və sadiqik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez Bolivar Milli Qvardiyasının  Hərbi Akademiyasında keçirilən rəsmi mərasimdə deyib.

ABŞ-ın ölkəsinə qarşı müdaxiləsini tənqid edən Rodrigez bildirib ki, sədaqətləri dəyişməzdir: "Onların azad edilib evlərinə və vətənlərinə qayıdacağını görənə qədər mübarizə aparmaq əzmindəyik. Bu qorxaq hücumda həyatını itirən nəcib kişi və qadınlara hörmətimizi bildirmək üçün buradayıq. Venesuela xalqı heç vaxt belə bir hücumun qurbanı olacağını ağlına belə gətirməmişdi. Amerika xalqına müraciət edirəm: Venesuela xalqı bu alçaq və təcavüzkar hücuma, nüvə gücü tərəfindən həyata keçirilən bu hücuma layiq deyildi. Bu hadisə münasibətlərimizə və tariximizə ləkə kimi qalacaq".

Onun sözlərinə görə, ABŞ-ln hücumu zamanı heç kimin təslim olmayıb: "Burada heç kim təslim olmadı, dirəniş oldu. Bu, azadlıq uğrunda mübarizə aparan Simon Bolivar, Hugo Chavez üçün idi..."

Samir MUSAYEV

MİA.AZ