Birləşmiş Millətlər Təşkilatı (BMT) Nigeriyanın Niger əyalətindəki bazarda 50 nəfərin öldürülməsi barədə bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda bu hücumların fundamental insan hüquqlarının, xüsusən də yaşamaq hüququnun ciddi şəkildə pozulması olduğunu vurğulayıb: "Bu hücum qəbuledilməzdir və tərəfimizdən sərt dilə qınanılır"

Qeyd edilib ki, BMT mülki şəxslərin müdafiəsini gücləndirmək və daha təhlükəsiz  mühit yaratmaq üçün Nigeriya hökuməti ilə əməkdaşlığını davam etdirməyə sadiqdir.

Xatırladaq ki, 3 yanvarda Niger əyalətindəki  bazara silahlı şəxslər hücum şəkərək, ən azı 50 nəfəri öldürüb, bir çox insanı qaçırıblar. Ölən, yaralanan və qaçırılanlar arasında uşaq və qadınlar da var.

Tahir Şəlvəli

MİA.AZ