"ABŞ-ın Qrenlandiya daxil olmaqla, bütün növ təhdidinə qarşı mübarizə tədbirlərinə hazırlıq görürük". 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fransa xarici işlər naziri Jan-Noel Barror deyib.

O, Tramp administrasiyasının sahib olmaq istədiyi Qrenlandiyaya mümkün hərbi müdaxilə halında Fransanın mövqeyinin sərt olacağını gizlətməyb: "Qarşılıqlı təsirə hazırlaşmaq, cavab vermək və ya əhdidin formasından, mənbəyindən asılı olmayaraq heç bir şəkildə cavab verməmək üzərində dərin araşdırma aparırıq. ABŞ məsuliyyətli davarnamalıdır. Həm Qrelandiya, həmUkrayna məsələsində beynəlxalq hüququn yanında olmalıdır. ABŞ indi Qrenlandiyanı əldə etmək üçün hərbi əməliyyatlar da daxil olmaqla bir çox variantı nəzərdən keçirir. Bu, yolverilməzdir. Əvvəllər də qeyd etdiyimiz kimi,Qrenlandiya satılmır. Əgər ABŞ adaya hərbi müdaxilə edərsə, bu, bir NATO ölkəsinin digər NATO ölkəsinə hücum etməsi demək olacaq. Amerikanın Danimarkaya qarşı bu baxışı qəbuledilmzdir. Bizm bütün variantlara hazırlığımız varmı? Sizə deyə biləcəyim tək şey budur: təhdid hansı formada olursa olsun, mənbəyindən asılı olmayaraq, dediyimkimi, cavab verib-verməmək üçün əhatəli araşdırmaya başlamışıq"

Tahir Şəlvəli

MİA.AZ