tən gündən deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlununun Dubaydakı dəbdəbəli toy ölkə gündəmini zəbt edib.
Mia.az Milli.Az-a istinadən xəbər verir ki, dəbdəbəli mərasim toy sahibinə heç də ucuz başa gəlməyib.
Məclisin əsas aparıcısı isə Nanə Ağamalıyeva olub, sənətçi qonaqlar arasında isə xalq artisti Aygün Kazımova dəvət olunub.
Ümumilikdə bütün təşkilatı və digər işlər Bakıdan çağırılıb.
Aygün Kazımovanın dəvət olunmasına 100 min manat ödənilib. Məclisin aparıcı Nanə Ağamalıyeva tərəfindən idarə olunması isə toy sahibinə 25 min manata başa gəlib.
Bunlardan əlavə dəbdəbəli dekorasiya, toy kravanında lüks avtomobillərin iştirakına da böyük məbləğ ödənilib. Toy mərasimi isə Dubayın məşhur "Ritz-Carlton" hotelində keçirilib.
Bəs Razi Nurullayevin qardaşı Hasil Nurullayev kimdir?
Məlumata görə, Hasil Nurullayev tikinti sahəsində tanınmış iş adamıdır. Razi Nurullayevin qardaşları Hasil və Hüseyn Nurullayevlər tikinti sahəsində biznesləri olan şəxslərdir. Dubayda toyu olan Razi Nurullayevin qardaşı oğlu Şahin Nurullayev də Sankt-Peterburqda daşınmaz əmlak və tikinti sahəsində biznes fəaliyyəti ilə məşğuldur.
Azərbaycanda Nurullayevlərə məxsus olduğu deyilən "Astroy", "Eyubov" və "Seyidoğlu" MMC şirkətlərinin adları çəkilir. Qardaşların əsas biznes fəaliyyətlərini Azərbaycanda və Rusiyada apardıqları bildirilir.