Çinin şimal-qərbində əsasən türklərin kompakt yaşadığı Sincan Uyğur Muxtar Bölgəsində güclü zəlzələ baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) açıqlama yayıb.
Bildirilib ki, 5.2 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb: "Zəlzələ heç bir tələfat və ya dağıntıya səbəb olmayıb".
Tahir Şəlvəli
MİA.AZ