Bir neçə gün əvvəl İstanbul hava limanında narkotik ittihamı ilə saxlanılan Acun Ilıcalının 36 yaşlı keçmiş həyat yoldaşı, sosial media fenomeni Şeyma Subaşı İstanbul prokurorluğunda şok ifadə verib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, ifadəsində digərlərindən fərqli olaraq, narkotik maddə qəbul etdiyini gizlətməyib.
Məlumata görə, buna baxmayaraq, o, saç, qan və dırnaqdan narkotestə göndərilib.
Xatırladaq ki, narkotestdən sonra Şeyma Subaşı ölkədən çıxışa qadağa qoyulmaqla, ev dustaqlığına buraxılıb. Narkotestin rəsmi cavabı isə hələ açıqlanmayıb.
Ləman
MİA.AZ