Almaniyanın məşhur avtomobil istehsalçısı "Volkswagen" markalı maşınlarda nöqsan aşkarlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, avtomobillərin kamera sistemində problem olduğu aydınalşıb.
Məlumata əsasən, bu səbəbindən ABŞ-da satışda və istifadədə oan 356 mindən çox maşının geri gətirilməsinə qərar verilib.
"Volkswagen"dən bildirilib ki, bu problem ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) tərəfindən üzə çıxarılıb: "Problem 2019-cu ildən 2026-cı ilə qədər bəzi modellərdə öz təsdiqini tapıb. Problem arxa görüntü kamerasının şəkilləri düzgün çəkə bilmədiyindədir. Bu isə sürücünün görmə sahəsini azaldır, qəza riskini artırır"
Lamiyə Əhmədli
MİA.AZ