Sabah "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "NBC Bank", "Günay Bank", "Qafqaz İnkişaf Bankı" və "Atabank" ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Mia.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Söhbət "NBC Bank"a məxsus Şamaxı rayonunun Məlhəm kəndindəki dəyəri 200 min manat olan 464,20 kv. metrlik fərdi yaşayış evindən, "Günay Bank"a məxsus, dəyəri 13 min manat olan "CHERY TIGGO 2" markalı minik avtomobilindən, "Qafqaz İnkişaf Bankı"na məxsus Bakının Binəqədi rayonunun Əcəmi Naxçıvani küçəsi, 147А ünvanındakı dəyəri 2,5 milyon manat olan 1 182,9 kv. metrlik qeyri-yaşayış sahəsindən, "Atabank"a məxsus Mingəçevir şəhərinin Heydər Əliyev prospektindəki dəyəri 450 min manat olan 309,88 kv. metrlik qeyri-yaşayış sahəsindən gedir.