Suriyada kürd silahlı qruplaşması (SDQ) ilə hökumət qüvvələri arasında yenidən toqquşma olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 80 minlik silahlı heyəti olan Suriya Demokratik Qüvvələri (SDQ) ötən gecə Suriya ordusunun Deyr Hafir bölgəsindəki mövqelərinə dronlarla hücum edib: "Nəticədə ölən və xeyli yaralananlar var".
Məlumata görə, bundan sonra hökumət qüvvələri SDQ-nin dron mərkəzlərinə cavab aktı həyata keçirib: "Kürd silahlılarının dron mərkəzləri məhv edilib".
Samir MUSAYEV
MİA.AZ