İsrail ordusu ötən gecə Livana növbəti hava hücumları həyata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Livan hökuməti açıqlma yayıb.
Bildirilib ki, İsrail hərbi təyyarələri paytaxt Beyrutun cənubundakı Sidon rayonunda bir binanı bombalayıb: "İsrailin iki hava hücumu nəticəsində bombalanan bina tamamilə dağılıb, ətraf binalara ciddi zərər dəyib. Əraziyə çoxsaylı təcili yardım maşınları və axtarış-xilasetmə qruplarının göndərilibldirilir".
Xəbərdə xeyli yaralıların olduğu qeyd edilib: "Binanın altında qalanların olduğu istisna deyil. Ölüm halı dəqiqləşdirilir".
Tahir Şəlvəli
MİA.AZ