İsrail ordusu atəşkəs anlaşmasına baxmayaraq, Qəzzanın cənubunda - Xan Yunisdə məcburi köçkün fələstinlilərin müvəqqəti yaşadığı çadırları bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 4 nəfər həlak olub, 9 nəfər isə yaralanıb.

Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, bununla yanaşı, Beni Suheila bölgəsində İsrail droanu bir hədəfi də vurub: "Burada isə 14 yaşlı bir oğlan yaralanıb".

Tahir Şəlvəli

MİA.AZ