Bu gün Türkiyədə daha bir tanınmış müğənni saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul prokurorluğunun təqdimatıyla axtarışa verilən və "Alya" kimi tanınan müğənni Alya Şahinler Şimali Kipr Türk Respublikasından qayıdarkən istanbulda hava limanında qandallanıb.
Məlumata görə, o, prokurorluğun məşhurlara qarşı narkotiklərin qəbulu və satəşı ittihamı üzrə açdığı cinayət işi üzrə ifadəyə aparılıb: "Alya ifadəsindən sonra müğənni saş, dırnaq və qanından narkotestlər verəcək".
Ləman
MİA.AZ