“Kim mənə oxşamaq istəyirsə, oxşsasın. Mənə oxşayın elə. Çünki mən ailəsinin dəstəyində dururam. Mən qohumcanlı, sənətinə sarılan, ümumiyyətlə, yaşamağı sevən, yaşaya bilən qızam”.
Bu sözləri “Xəzər axşamı” verilişində Xalq artisti Röya Ayxan bildirib. O, özünü ona bənzədənlər barəsində danışıb.
“Kimə oxşayacaqsınız ki? Kimi seçmək istəyirsiniz? Kimi seçirsinizsə, uğurlu adamı seçin. Bu dünyada uğurlu adamla oturub-durun, dostunuz da uğurlu adam olsun. 5-10 gün gördünüz biri dərdini çox danışdı, ondan ayrılın. Dərdinə şərik olun, problemini həll edib uzaqlaşın. Çünki o problemlər bir gün sizi də tapacaq. Biri öz nəfsini tökürsə mütləq o nəfsdən sən də bir şey götürürsən” – R.Ayxan bildirib.