Bu gün İsrail ordusu Livanın cənubunu top atəşinə tutub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, əsas zərbə Nəbatiyyə bölgəsinə endirilib.
Livan mediası yazır ki, zərbələr nəticində ciddi dağlıntılar var: "Ölən və yaralananlar haqda hələlik dəqiq məlumat yoxdur"
Livanın NNA Agentliyi isə bildirib ki, İsrail gün ərzində Ayta əl-Şab və Rəmiş şəhərləri arasındakı obyektləri də vurub.
Tahir Şəlvəli
MİA.AZ