"Rusiya prezidenti Vladimir Putinin rəsmi iqamətgahına dron hücumu danışıqlarda Rusiyanın mövqeyini, sözsüz ki, sərtləşdirəcə. Bu, əslində, elə danışıqlar prosesini pozmağa yönəlmiş terror aktıdır"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Volodimir Zelenskinin bu hücumu inkar etməyə çalışması absurddur: "Çoxsaylı Qərb media orqanları da Kiyev rejimini dəstəkləyir və bunun baş vermədiyi barədə şayiələr yayır. Lakin bu, tamamilə absurd bir cəhddir. Dronlar hava hücumundan müdafiə sisteminin uğurlu işləməsi sayəsində vurulub. Düşünmürəm ki, burada hər hansı bir dəlil olmalıdır. Dron qalıqları ilə bağlı vəziyyət də hərbçilərimizin məşğul olmalı olduğu məsələdir. Ukrayna isə bu hücumla danışıqlara mənfi təsir göstərməyə çalışır. Bu akt təkcə Putinə qarşı deyil, həm də ABŞ prezidenti Donald Trampa qarşı yönəlib".
Tahir Şəlvəli
MİA.AZ