Fələstinin işğal altında olan İordan çayının Qərb sahilində gərginlik səngimir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin işğalında olan bu bölgədə hərbçilər fasiləsiz əməliyyatlar həyata keçirir.
"Fələstinin Səsi" radiosunun məlumatına görə, İsrail ordusu bu gün səhər basqın etdiyi Qalqilya şəhərinin şimalında səbəbsiz iki fələstinlini güllələyib: "Yaralılar müalicə üçün xəstəxanaya aparılıb, durumları ağırdır. Oxşar hal Beytləhmin şərqində yerləşən Halayil əl-Luz şəhərində də baş verib. Burada israillilər 80 yaşlı İbrahim Əhməd Həsən Ubeyyatı ağır şəkildə döyüblər. 14 yaşlı Mustafa Əbu Cəlğifin isə qol və ayaqlarını qırıblar"
Tahir Şəlvəli
MİA.AZ