HƏMAS İzzəddin əl-Kassam Tuqaylarının komandiri Məhəmməd Sinvar, sözçüsü Əbu Ubeydə və digər nüfuzli şəxsləri öldürülüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayıaln xəbəri, nəhayət, HƏMAS qruplaşması rəsmən təsdiqləyib.
Məlumatda onların nə zaman öldüyü açıqlanmasa da, Məhəmməd Sinvarla sözçüsü Əbu Ubeydənin n bir yerdə olduğu zaman İsrail hücumu ilə həyatları ilə vidalaşdıqları gizlədilməyib.
Məlumadda o da deyilir ki, adıçəkilənlərlə yanaşı, qruplaşmanın Rəfah üzrə birliyinin komandiri Məhəmməd Şəbba, silahlanma üzrə məsul şəxs Hakem əl-İssa, əməliyyatlar üzrə rəhbər şəxs Şeyx Raid Saad da həlak olublar.
Tahir Şəlvəli
MİA.AZ