Meksikada sərnişin qatarı qəzaya uğrayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Oaxaka ştatının Nizanda şəhəri yaxınlığındakı döngədə baş verib.

Məlumata görə, qəza nəticəsində qatar aşıb: "Oaxaka ştatının Nizanda şəhəri yaxınlığındakı döngədə 241 sərnişin və 9 heyət üzvünü daşıyan sərnişin qatarı relsdən çıxıb. Qəzada on üç nəfər ölüb, 98 nəfər yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır"

Məlumatda o da deyilir ki, axtarış-xilasetmə əməliyyatları üçün 360 dənizçi, 20 nəqliyyat vasitəsi, 4 quru təcili yardım maşını, 3 hava təcili yardım maşını və bir dron cəlb edilib.

Tahir Şəlvəli

MİA.AZ