Şimali Koreya ordusu dənizdə yeni uzunmənzilli strateji kruiz raketlərini növbəti dəfə sınaqdan çıxarıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkə rəhbərliyi bunu hərbi qüvvələrin döyüş hazırlığını və hücum qabiliyyətlərini yoxlamaqla əlaqələndiriblər.
Bildirilib ki, məqsəd həm də yeni raketlərin manevr qabiliyyətini sınaqdan keçirmək və əsas strateji silah sistemi kimi etibarlılığını qiymətləndirmək olub: "Raketlər əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə hədəflərini uğurla vurub..."
Məlumatda deylir ki, təlimə şəxsən Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib və o, nəticələrdən çox razı qalıb.
Samir Musayev
MİA.AZ