ABŞ-ın Nyu-Cersi ştatında iki vertolyot havada toqquşub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası Nyu-Cersi ştatının Hammonton Bələdiyyə Hava Limanı yaxınlığında Enstrom F-28A vertolyotu və Enstrom 280C vertolyotunun havada toqquşduğunu açıqlayıb.

Qeyd olunub ki, hadisə zamanı bir pilot ölüb, digəri isə yaralanıb: "Faktla bağlı araşdırma davam edir".

Samir Musayev

MİA.AZ