Türkiyəli müğənni Ebru Gündeşin keçmiş əri Murat Özdemir saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Səlahəddin Yılmazın rəhbərlik etdiyi cinayətkar təşkilatın üzvü olmaqda ittiham olunur.

Məlumata görə, Muratla müğənni Ebru Gündeş 2025-ci ilin sentyabrında boşanıblar.

***

Son məlumata görə, prokurorluqda ifadə verdikdən sonra Özdemir məhkəməyə aparılıb. Hakim isə onu sərbəst buraxıb.

Hüseyn Namazov

MİA.AZ