Türkiyəli məşhur müğənni Kayahanın "Gönül Köşkü" kimi tanınan villası fantastik qiymətə satışa çıxarılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Balıkəsir şəhərinin Gömeç rayonunda yerləşən və mərhum musiqiçi, bəstəkar və müğənni Kayahan Açara məxsus 5 bitişik evdən ibarət dəniz mənzərəli villaya 130 milyon TL (təxminən 5.2 milyon manat) satış qiyməti qoyulub.

Məlumata görə, villaya hələ ki real alıcı çıxmayıb.

Hüseyn Namazov

MİA.AZ