CHP sədri Özgür Özel İstanbulda keçirdiyi mitinqdə xalqı küçələrə çağırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu yöndə partiyasının İstanbulun Kağıthane rayonunda təşkil etdiyi mitinqdə çıxış edib.
CHP lideri 2026-cı il üçün minimum əmək haqqının 28.075 TL elan edilməsini az sayıb: "Mən buradan bütün əməkçilərə müraciət edirəm. Bu hökumət evdə oturmaqla söz dinləməz, evdə oturmaqla bunlardan qurtula bilməyəcəksiniz. Hamınızı meydanlara, dirənməuə dəvət edirəm"
Firudin Səfərli
MİA.AZ