ABŞ prezidenti Donald Tramp Danimarka və onun tabeliyində olan Qrenlandiyanı qəzəbləndirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp Luiziana qubernatoru CeffLandrini ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin edib.
Tramp bildirib ki, Qrenlandiya ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacibdir: "Əminəmki, Ceff müttəfiqlərimizin və dünyanın təhlükəsizliyini təmin etmək üçün ABŞ maraqlarını güclü şəkildə müdafiə edəcək".
O, prezident seçildiyi vaxtdan Tramp dəfələrlə Qrenlandiyanın ölkəsinin nəzarəti altında olmasınə təkrarlayıb: "Ada bizm olacaq"
Trampın bu sərəncamı və açıqlamaları isə Danimarka və Qrenlandiya muxtariyyətinin rəhbərliyinin etirazına səbəb olub.
Qrenlandiyanın Baş naziri bildirib ki, "Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz satılmırıq və heç vaxt satılmayacağıq. Uzun müddətdir azadlıq uğrunda mübarizəmizi itirməyəcəyik".
Danimarka Krallığının (Farer adaları) tabeliyindəki iki muxtar bölgədən biri olan Qrenlandiya Danimarkadan 2900 kilometr məsafədə yerləşir.
Danimarka Baş naziri Mette Frederiksen də oxşar bəyanat verib: "Danimarka Krallığının ərazi bütövlüyünə hörmət gözləyirik".
Lamiyə Əhmədli
MİA.AZ