“Dünya TV”nin efirinə çıxmaq istəyən qadın müğənni dələduzluğun qurbanı olub.
Mia.az Teleqraf-a istinadla xəbər verir ki, müğənni kimi fəaliyyət göstərən Zeynəb Qasımova tanışı Əlizamin Məmmədova (soyadlar şərtidir) Sumqayıtda yerləşən “Dünya TV”nin efirinə çıxmaq istədiyini bildirib.
Əlizamin bunu 800 manat qarşılığında edə biləcəyini bildirib.
Müğənnidən 800 manat alan Əlizamin ona telekanalın əməkdaşları tərəfindən telefon zəngi gələcəyini bildirib. Zeynəb inanaraq zəngi gözləyib, amma bu, baş verməyib. Əlizamin isə Zeynəbdən aldığı pulu özünə xərcləyib.
Qarşı tərəfdən pulunu istəyən ifaçı yalnız 70 manat ala bilib. Pulun qalan hissəsini ala bilməyən Zeynəb Qasımova məhkəməyə üz tutub. Məhkəmə Əlizamin Məmmədova 1500 manat cərimə kəsib. İndi təqsirləndirlən şəxslə müğənni arasında əldə olunan razılağa əsasən, Əlizamin Zeynəbə hər ay 50 manat ödəməklə pulunu qaytaracaq.