İstanbulda daha bir bələdiyyəyə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, CHP üzvlərinin çoxluq təşkil etdiyi Şile Bələdiyyəsinə qarşı rüşvət və korrupsiya iddiası ilə başlayan əməliyyatda 23 şübhəli saxlanılıb.

Məlumata görə, onlar rüşvət, korrupsiya, tender saxtakarlığı və sair cinayətlərdə ittiham olunurlar.

Onu da bildirək ki, bu bələdiyyənin sədri, CHP-li ı Özgür Kabadayı 10 iyulda eyni ittihamnla həbs olunub. Həmin vaxt onunla yanaşı, müavini Tuncay Tolga Özçakmak, bələdiyyənin hüquqi işlərdən məsul vəkili Əli Şafak və Lisenziyalaşdırma şöbəsinin müdiri Evren Buçhan da qandallanıblar.

Zülfiyyə Mustafayeva

MİA.AZ