İstanbul Baş Prokurorluğu tərəfindən narkotik qəbulu və satışı üzrə açılmış cinayət işi çərçivəsində daha iki məşhur şəxs istintaqa cəlb olunub.
Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, məşhur aktrisa Melisa Döngel və aktyor Yusuf Güney prokurorluqda ifadə verdikdən sonra ekspertizaya aparılıblar.
Məlumata görə, onların hər ikisindən qan və saç nümunələri götürüldükdən sonra sərbəst buraxılıblar: "İstintaq davam edir".
Hüsyen Namazov
MİA.AZ