ABŞ prezidenti Donald Trampın immiqrantlar üçün yeni salınacaq təcridxanadan qaçış planlarını əngəlləmək üçün məntəqənin ətrafının timsahlarla dolu kanalla əhatələnmə ideyası İsraildə icraya yönəldilib.
Mia.az xarici mətbuata istnadla xəbər verir ki, İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin fələstinli məhbusların qaçışını əngəlləmək məqsədiylə həbsxananın ətrafının timsahlarla çəmbərə alınmasına göstəriş verib.
İsrailini Kanal 13 televiziyasının məlumatına görə, hazırda İsrail Həbsxana Xidmətinin rəsmiləri Ben-Qvirin göstərişinin icrasını müzakirə edirlər: "Ben-Gvir ötən həftə İsrail Həbsxana Xidmətinin direktoru Kobi Yaakobi ilə görüşündə beə bir planı ona təqdim edib. Müəssisə üçün təklif olunan yer Qolan Təpələri və İordaniya sərhədinin yaxınlığında yerləşir. Ərazidə timsah ferması və vəhşi heyvanların olduğu zoopark var. Bu səbəbdən həbsxananın ətrafının timsahlarla doldurmaq çətin olmayacaq".
Yeri gəlmişkən, Ben-Gvir əvvəllər fələstinli məhbuslara ölüm cəzası təklif etmişdi. İsrail Knessetində ilk oxunuşdan keçən qanun layihəsinin yaxın günlərdə ikinci və üçüncü oxunuşlarının keçirilməsi gözlənilir.
İsrailin Walla xəbər saytı yazır ki, hazırda aralarında qadınlar və uşaqların da olduğu 9300-dən çox fələstinli İsrail həbsxanalarında saxlanılır.
Tahir Şəlvəli
MİA.AZ