Böyük bölümü İsrail hərbçiləri tərəfindən xarabağlığa çevrilmiş Qəzzada güclü fırtına olub.

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, güclü fırtına müxtəlif vaxtlarda bombalanmaya məruz qalaraq qəzalı vəziyyətə düşmüş 22 binanın çökməsinə səbəb olub.

Məlumata görə, nəticədə azı 18 nəfər ölüb, xeyli mülki şəxs xəsarət alıb: "Çökən binaların altından 18 nəfərin cəsədi çıxarılıb, dağıntılar altında  hələ qalanlar var. 50-yə yaxın şəxs isə xəsarət alıb, onlardan bəzilərinin vəziyyəti ağırdır".

Tahir Şəlvəli

MİA.AZ