İstanbul Baş Prokurorluğu tərəfindən bu gün narkotik ittihamı ilə saxllanılan məşhur müğənni Aleyna Tilkinin vəkili danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, müvəkkilinin saxlanma xəbərini təsdiqləyib: "Aleyna Tilki bu gün istintaq çərçivəsində həbs edilib. Aldığım məlumata görə, axtarışlar zamanı heç bir ittihamedici dəlil tapılmayıb. Hazırda sizə verəcəyim başqa təsdiqlənmiş və rəsmi məlumat yoxdur. Təsdiqlənmiş məlumat yaxın saatlarda sizə təqdim ediləcək. İctimaiyyəti məlumatlandırmaq və təqsirsizlik prezumpsiyasını qorumaq üçün təsdiqlənmiş məlumatdan sonra rəsmi açıqlama veriləcək".

Xatırladaq ki, Aleyna Tilki 28 mart 2000-ci ildə Konyada anadan olub. Gənc yaşlarında televiziya proqramlarında çıxışları ilə tanınan Tilki, xüsusilə gənc yaşlarında beynəlxalq uğurları ilə türk pop musiqisinin ən görkəmli adlarından birinə çevrilib.

Hüseyn Namazov

MİA.AZ