"Rusiya ordusu robotlardan və süni intellektdən daha çox istifadə olunacaq, eyni zamanda, hərbi sahə üzrə xarici ölkələrlə daha çox əməkdaşlıq edəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşdə bildirib.k

Putin Qərb ölkələrinin Ukrayna simasında Rusiya ilə savaşdığını xatırladıb: "Biz hələ də NATO-nun şərqə doğru genişlənməməklə bağlı verdiyi vədləri yerinə yetirəcəyini gözləyirik"

O, ABŞ prezidenti Donald Trampın prezident olsaydı, Ukraynadakı müharibənin başlamayacağı ilə bağlı açıqlamasına da haqq qazandırıb: "Bu, doğru ola bilərdi. Çünki əvvəlki administrasiyalar vəziyyəti qəsdən silahlı münaqişəyə sürükləyiblər. O zaman Qərb ölkələrinin Rusiyanı tez bir zamanda məhv etməyə ümid edirdi. Avropadakı fürsətçilər də ölkəmizin dağılmasından faydalanmaq ümidi ilə dərhal bu oyuna düşdülər. Açıq demək lazımdır ki, sülh təşəbbüsləri Rusiya ilə yalnız güc dili ilə danışıla biləcəyinə inananlar üzündən uğursuzluğa düçar oldu. Bəli, Ukraynada müharibəni biz deyil, Qərb başlatdı. Biz isə ona son qoymağa çalışırıq".

Samir Musayev

MİA.AZ