Fransanın Lill şəhərində maraqlı hadisə yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, korrupsiyada ittiham olunan Lill şəhərinin meri Damien Kastelain məhkəmə qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb.
"France Bleu" yazır ki, Douai Apelyasiya Məhkəməsi mer Kastelaini dövlət vəsaitlərinin mənimsənilməsində və etibardan sui-istifadədə günahkar bilib: "O, 18 ay şərti həbs cəzası və 20.000 avro da cərimə olunub. Həmçinin, məhkəmə mer haqqında dərhal tətbiq edilməli olan iki illik vəzifətutma qadağası haqda hökm verib. Bununla da 2014-cü ildən bəri mer vəzifəsində oolan Kastelain vəzifədən uzaqlaşdırılıb".
Tahir Şəlvəli
MİA.AZ