Donald Tramp daha 5 ölkə vətəndaşlarına ABŞ-a səyahət qadağası qoyub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.

Bildirilib ki, donald Trampın qərarı ilə səyahət qadağası qoyulmuş  ölkələrin siyahısı genişlənib: "Yeni fərmanla Burkina Faso, Mali, Niger, Cənubi Sudan və Suriya vətəndaşları heç bir halda ABŞ-a səyahət edə bilməyəcəklər. Bu ölkələrin yalnız yüksək dövlət rəsmilərinə müvafiq vizalarla ABŞ-a girişə icazə veriləcək".

Xatırladaq ki, İyun ayında Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmənə də oxşar qadağa qoyulub

Samir Musayev

MİA.AZ