Bu gün Pakistanın Bəlucistan əyalətində zəlzələ baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pakistan Meteorologiya Departamenti məlumat yayıb.
Bildirilib ki, episentri Bəlucistanın Sonmiani bölgəsində olmaqla 5.2 bal gücündə zəlzələ 12 km dərinlikdə qeydə alınıb.
Zəlzələdə ölən və yaralananlar haqda hələlik məlumat verilməyib.
Bu arada ABŞ Geoloji Xidməti isə zəlzələnin 4.8 bal gücündə olduğunu açıqlayıb.
Tahir Şəlvəli
MİA.AZ