Bu gün Türkiyənin Xarici işlər naziri Hakan Fidan Dohada Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə telefonda danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər Qəzzada Sülh Planı və bundan sonrakı addımları müzakirə ediblər.

Onu da bildirək ki, Hakan Fidan bundan əvvəl İordaniya xarici işlər naziri Ayman Səfadi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla da Qəzza ilə bağlı fikir mübadiləsi aparıb.

Samir Musayev

MİA.AZ