Suriya 40 ilədn sonra bir ilkə imza ataraq, Dünya Bankı ilə ilk layihənin maliyyələşməsi üzrə anlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, anlaşmaya əsasən, Suriya elektrik ötürmə xətlərinin bərpası üçün Dünya Bankından 146 milyon dollar qrant götürəcək.

Suriyanın maliyyə naziri Məhəmməd Yasir Berniyə  bildirib ki, uzun danışıqlardan sonra elektrik ötürmə xətlərinin bərpası və ücləndirilməsini əhatə edən layihə üzrə  yekun sənəd imzalanıb: "Bu, kredit deyil, qrant şəklində maliyyələşdirilmə prosesi olacaq. Bu qrant layihəsi xüsusilə Energetika Nazirliyinin elektrik təchizatını gücləndirməklə, ölkə iqtisadiyyatına mühim töhfə verəcək".

Tahir Şəlvəli

MİA.AZ